Rusiyanın zəif nöqtələri üzə çıxdı – Professor

Rusiyanın zəif nöqtələri üzə çıxdı – Professor






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerika və ümumiyyətlə, Qərbin Ukraynaya verdiyi dəstək istənilən nəticəni vermədi. Doğrudur, Kiyev özünü qorumağı bacardı, amma gözlənilən səviyyədə əks-hücum olmadı. Sözügedən nəticə bəlli çevrələrdə narazılıq yaratdı.

Presstv”az  xəbər verir ki, bu sözləri axar.az-a Ukrayna müharibəsində son durum və Qərbin sərgilədiyi münasibət barədə danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

Alimin sözlərinə görə, son iki ildə Ukraynaya dəstək verən, lakin hazırda buna yetərincə imkanı olmayan xüsusilə qonşu ölkələr baş verənlərə etirazını bildirməyə çalışır:

“Çünki çoxlu sayda qaçqın, iqtisadi güc, hərbi təchizat və s. kimi problemlər var. Rusiyanın imkanları ilə müqayisədə ciddi fərq özünü büruzə verdi. Zaman keçdikcə müharibənin bir an öncə bitməsini istəyənlər çoxalır. Qərb Rusiyanı düzgün oxuya bilmədi, sanksiyalarla Putinə qarşı neqativ bir əhval-ruhiyyə yaratmaq istədilər. Lakin yanıldılar, çünki Rusiyada Qərbin demokratiyası yoxdur və oliqarxlar sinfi də süni şəkildə yaradılıb. Oliqarxlar sabah etiraz etməyə cəhd göstərsə, əllərindən hər şeyi alıb, bir kənara atarlar. Yəni Rusiya kimi ölkələrdə hakimiyyətə gələn prezidentlərin öz oliqarx komandası olur və heç kim oradan çıxa bilməz. Bunu biz “Vaqner”in rəhbəri Priqojin məsələsində də əyani şəkildə gördük. Etirazlara uzaqlaşdırma və təmizləmələrlə cavab verilir. Ona görə də Qərbin sərgilədiyi mövqe effektiv olmadı. Açıq şəkildə Ukraynaya dəstək vermək yerinə, oraya daha çox müdafiə silahları göndərdilər. Bir də əlbəttə ki, Ukrayna və Rusiya ordusunu gücünə görə müqayisə etmək mümkün deyil. Kiyev müharibəyə, demək olar ki, hazırlıqsız yaxalandı”.

Professor müharibənin uzanma ehtimalının daha çox olduğunu vurğulayıb:

“ABŞ və İngiltərədən verilən açıqlamalara nəzər yetirsək, gündəmdə hansısa razılaşmanın olmadığını görərik. Qarşıdan ABŞ-da prezident seçkiləri gəlir, bəlkə Vaşinqtonda iqtidar dəyişikliyi olsa, yeni mesajlar verilə bilər. Ancaq hadisələrin indiki inkişafı müharibənin uzanacağından xəbər verir. Çünki Rusiya da müharibədə istədiyini tam şəkildə əldə etməyib. Hər hansı bir müvəqqəti atəşkəs isə problemin həllinin təxirə salınması deməkdir. Yəni müharibənin hər an daha şiddətli formada alovlanma riski olacaq. Müharibə dövründə Belqorod şəhərinin, Moskva ətrafındakı yaşayış məntəqələrinin, ən son isə Peterburqda “Novatek” şirkətinə məxsus qaz terminalının vurulması Rusiyanın da zəif nöqtələrini üzə çıxardı. Hazırda qışdır, durğunluq, taktiki irəli və geri çəkilmələr yaşanacaq. Lakin iqlim şəraitinin düzəlməsi ilə döyüşlər yenidən şiddətlənə, vəziyyət tamamilə dəyişə bilər”.

“Presstv”az  xəbər portalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv