Xətai rayonunda qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb ediliblər

Xətai rayonunda qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb ediliblər






presstv

"Presstv"az #Audi, #Avto, #Avtoxuliqanlıq, #Bakı, #Hyundai, #İnzibati Xətalar Məcəlləsi, #Nəqliyyat, #Xətai rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xətai rayonunda qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb ediliblər.

presstvaz xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən və digər kobud qayda pozuntusu törədən 6 sürücü müəyyən olunaraq saxlanılıb.

Avtoxuliqanlıq edən “Hyundai” markalı, 77-US-937 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun sürücülük hüququ bir il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Həmçinin VAZ-21214 markalı 77-YG-901, “Ravon” markalı 77-FK-726, VAZ-21214 markalı 99-HO-110, VAZ-21214 markalı 43-BF-108 və “Opel” markalı 77-PU-258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər həyata keçirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv