Muxtar Babayev: “Azərbaycan su qıtlığı ilə üzləşə bilən ölkələrin siyahısındadır”

Muxtar Babayev: “Azərbaycan su qıtlığı ilə üzləşə bilən ölkələrin siyahısındadır”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Buzlaqların əriməsi, #COP29, #Muxtar Babayev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Su ilə bağlı proseslər bu gün dünyada çox maraq və ciddi narahatlıqla müzakirə olunur”.

presstvaz xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev bu gün Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının – “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci günündə çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyişikliyi və bu kimi digər amillər dağlarda qar ehtiyatlarının azalmasına, buzlaqların əriməsinə gətirib çıxarır:

“Hər il su ehtiyatlarımız azalır, buzlaqlar əriməyə məruz qalır. Bu proses, əfsuslar olsun ki, bütün dünyada baş verir. Əlbəttə, bunun ilkin səbəbi iqlim dəyişikliyi, yağıntıların qeyri-bərabər yağması, sululuğun azalması və bu kimi digər məsələlərdir”.

“Biz artıq illərdir ki, beynəlxalq təşkilatlarla birgə bu məsələləri müzakirə edirik. Böyük narahatlıq ondan ibarətdir ki, su ehtiyacı artıb. Dünya ölkələri artıq su bol olan və su qıtlığı ilə üzləşə bilən ölkələrə bölünüb. Su qıtlığı ilə üzləşə bilən ölkələrin siyahısı artıb. Təəssüflər olsun ki, Azərbaycan da bu siyahıda yer alır. Bu risklərin qarşısının alınması tam mümkün görünmür, amma bu şəraitə uyğunlaşma, adaptasiya tədbirlərinin görülməsi mümkündür”, – deyə M. Babayev qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv