Paşinyan: Azərbaycanla sərhəddə müasir texnologiyanın tətbiqi nəzərdə tutulur

Paşinyan: Azərbaycanla sərhəddə müasir texnologiyanın tətbiqi nəzərdə tutulur






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Gürcüstan, #İran, #Nikol Paşinyan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin suverenliyi və yurisdiksiyası onun ərazisində olan bütün şəxslərə, milli, irqi, dini mənsubiyyət və ya vətəndaşlıqdan asılı olmayaraq tətbiq olunur.

presstvaz xəbər verir ki, bu fikirləri Paşinyan sentyabrın 10-da parlamentin iclasında müxalif "Ermənistan" blokunun deputatı Aqnessa Xamoyanın sualını cavablandırarkən səsləndirib.

Deputat Azərbaycanın vətəndaşlarının Ermənistana giriş-çıxış qaydaları və onların mümkün hüquqi məsuliyyət daşıması ilə bağlı maraqlanıb.

Baş nazir vurğulayıb ki, Ermənistan Respublikasının yurisdiksiyası dövlət prinsipi kimi bütün şəxslərə bərabər şəkildə şamil olunur. Onun sözlərinə görə, Ermənistan sərhədlərin idarə edilməsində müasir texnologiyadan istifadə etməyi planlaşdırır:

"Adi qaydada bu texnologiyalar pasport nəzarətinin elektron qurğular vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Yalnız şübhəli hallar aşkarlandıqda sərhədçilər müdaxilə edirlər", – deyə Paşinyan qeyd edib.

O əlavə edib ki, bu sistemlərin ölkənin Gürcüstan, İran, Türkiyə və Azərbaycanla sərhəddə, həmçinin hava limanlarında tətbiqi nəzərdə tutulur. (APA)

presstvaz
 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv