Rahat bilib geyindiyimiz kroksların təhlükəli fəsadları

Rahat bilib geyindiyimiz kroksların təhlükəli fəsadları






presstv

"Presstv"az #Ayaqqabı, #Bakteriya, #Kuba, #Rusiya, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Perm Politexnik Universitetinin alimləri gündəlik həyatımızda və şəhər modasında geniş yayılmış məşhur kroks ayaqqabılarının sağlamlıq üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

presstvaz xəbər verir ki, iniversitetin "Hesablama riyaziyyatı, mexanika və biomexanika" kafedrasının dosenti Vladislav Nikitinin sözlərinə görə, krokslar rahat və praktik olsa da, onların konstruksiyası ayağın düzgün fiksasiyasını və dəstəyini təmin etmir. Bu səbəbdən ayaq içində artıq hərəkətlər edir, bel və ayaq əzələləri isə bu sabitsizliyi kompensasiya etməyə çalışır. Nəticədə, ayağın təbii hərəkət mexanizmi pozulur, yüklənmə bərabər paylanmır və bu da burxulma riskini artırır.

Qısa müddətli istifadədə yorğunluq, uzunmüddətli istifadədə isə dayaq-hərəkət sistemində xroniki problemlərə səbəb ola bilər.

Bundan əlavə, gigiyenik risklər də mövcuddur. "Ayaqqabının içindəki rütubətli və isti mühit – bakteriya və göbələklər üçün ideal inkubatordur. Əgər kroksları hər istifadədən sonra yuyub qurutmursunuzsa, bu orqanizmlər aktiv şəkildə çoxalır", – deyə universitetin "Kimya və biotexnologiyalar" kafedrasının dosenti Anastasiya Zorina bildirib. (saglamolun.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv