Azərbaycan Güləş Federasiyasında yeni təyinat

Azərbaycan Güləş Federasiyasında yeni təyinat






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Güləş Federasiyası, #Bakı, #Futbol, #Təhsil, #Vəzifə, #Yeni təyinat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat gerçəkləşib.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, federasiyanın yeni baş katibi Pərvin Piriyev olacaq.

Pərvin Piriyev 1992-ci ildə Bakı şəhərində anadan olub.

2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.

Müxtəlif illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Qılıncoynatma Federasiyası və Azərbaycan Badminton Federasiyasında ictimaiyyətlə əlaqələr və marketinq sahəsində çalışıb. Sonrakı fəaliyyətində “Sabah” futbol klubunda əvvəlcə marketinq direktoru, daha sonra isə icraçı direktor vəzifəsində işləyib. O, yerli və beynəlxalq idman layihələrinin təşkili sahəsində 10 ilə yaxın təcrübəyə malikdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv