Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında memorandum imzalanıb

Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında memorandum imzalanıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Kitab

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında anlaşma memorandumu imzalanıb.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, memorandumu Müqəddəs Taxt-Tacda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi imzalayıblar.

Sənədin məqsədi elm və tədqiqat sahəsində birbaşa əməkdaşlıq və təcrübə mübadiləsini dəstəkləmək, həmçinin Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı sənədlərin araşdırılması, qorunması və rəqəmsallaşdırılmasını təmin etməkdir.

1475-ci ildə təsis edilən Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və nüfuzlu elmi mərkəzlərindən biri hesab olunur. Zəngin fonduna nadir əlyazmalar, inkunabullar, qədim xəritələr və müxtəlif dillərdə dəyərli nəşrlər daxil olan bu kitabxana yalnız ixtisaslaşmış tədqiqatçılar üçün açıqdır.

Vatikan Apostol Arxivi isə 1612-ci ildə Papa V Pavelin fərmanı ilə kitabxanadan ayrılaraq müstəqil qurum kimi formalaşıb. Burada Müqəddəs Taxt-Tacın əsrlər boyu apardığı diplomatik yazışmalar, papaların fərmanları, inzibati qeydiyyatlar və digər rəsmi sənədlər qorunur. Arxiv bu gün dünya üzrə ən mühüm və tədqiqatçılar üçün qiymətli olan tarixi mənbələrdən biri kimi tanınır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv