“Nar” və YAŞAT Fondu Bilik Günü münasibətilə şəhid övladlarını təbrik edib

“Nar” və YAŞAT Fondu Bilik Günü münasibətilə şəhid övladlarını təbrik edib






presstv

"Presstv"az #Ailə, #Audi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

15 Sentyabr – Bilik Günü ərəfəsində “Nar” sosial tərəfdaşlıq çərçivəsində YAŞAT Fondunun təşkil etdiyi ənənəvi “Məktəbli ləvazimatları” layihəsinə qoşulub. Artıq beşinci dəfə gerçəkləşən bu təşəbbüs şəhid övladlarının yeni tədris ilinə sevinc və ruh yüksəkliyi ilə başlamasına dəstək olmağı hədəfləyir.

Layihə çərçivəsində 1-11-ci siniflərdə təhsil alan 900-dən çox şəhidin 1500-dək övladına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları təqdim edilib. Respublikanın bütün bölgələrini əhatə edən bu dəstək məktəblilərin təhsil yolunda zəruri vasitələrlə təmin olunmasına və onların gələcəyə daha böyük ümidlərlə addımlamasına xidmət edir.

Qeyd edək ki, “Nar” davamlı olaraq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə və qazilərimizə dəstək göstərən layihələrə töhfə verir. Bu istiqamətdə reallaşdırılan sosial təşəbbüslər şirkətin korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindəndir. Şəhid övladlarının təhsildə bərabər imkanlarla irəliləməsi, onların potensialının inkişafı və gələcəkdə cəmiyyətin fəal üzvü kimi formalaşmasına dəstək vermək mobil operator üçün xüsusi əhəmiyyət kəsb edir.

“Nar”ın dəstəyi ilə gerçəkləşdirilən bütün sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Hazırda 2.2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv