İzmirdə polis idarəsinə hücum edən şəxsin İŞİD-lə əlaqəsi müəyyən olundu

İzmirdə polis idarəsinə hücum edən şəxsin İŞİD-lə əlaqəsi müəyyən olundu






presstv

"Presstv"az #Audi, #Hakim, #İran, #İraq, #İstanbul, #Silahlı hücum, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin İzmir şəhərinin Balçova rayonunda yerləşən polis idarəsinə silahlı hücum edən şəxsin İŞİD (İraq Şam İslam Dövləti) və İran vətəndaşları ilə əlaqəsi olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı Türkiyə KİV-ə istinadən məlumat verib.

Məlumata görə, Türkiyə hakimiyyəti İzmirdə polis bölməsinə silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində 27 nəfəri saxlayıb ki, onlar arasında 4 İran vətəndaşı da var. Onlardan ikisi Ankarada, biri İstanbulda, biri isə Şanlıurfada nəzarətə götürülüb.

İstintaq hücum edən şəxsin sosial media hesablarını araşdırıb, onun paylaşımlarında İŞİD-in keçmiş liderindən sitatlar gətirdiyi, həmçinin təşkilatla bağlı təbliğat apardığı müəyyən edilib.

Hücum edən şəxs sosial media hesabında öldürülən İŞİD lideri Bağdadinin “Türkiyə cihadınızın əhatə dairəsinə girdi” sözlərini paylaşıb və “Müvəhhid” təxəllüsü altında İŞİD təbliğatı ilə məşğul olub.

Atəş açan şəxsin atası da oğlunun son illərdə radikal baxışlar nümayiş etdirməyə başladığını təsdiqləyib.

Xatırladaq ki, sentyabrın 8-də İzmirdə 16 yaşlı yeniyetmə polis bölməsinə silahlı basqın edib. Nəticədə iki polis əməkdaşı həlak olub, daha biri isə ağır yaralanıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv