Mingəçevirdə məktəblilər arasında dava: 11-ci sinif şagirdi bıçaqlandı

Mingəçevirdə məktəblilər arasında dava: 11-ci sinif şagirdi bıçaqlandı






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Bıçaq xəsarəti, #Hadisə, #Mingəçevir şəhəri, #Orta məktəb, #Şəki

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mingəçevir şəhərində orta məktəbin 11-ci sinif şagirdləri arasında dava olub.

presstvaz-ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində baş verib.

Mingəçevir sakini, 2009-cu il təvəllüdlü Adəm Əmirli sinif yoldaşları Vasif Əlizadə və Fəxri Səbrəlizadə ilə küçədə söhbət edərkən aralarında mübahisə baş verib. Fəxri Səbrəlizadə bildirib ki, guya A.Əmirli ötən həftə məclislərin birində V.Əlizadəni söyüb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı V.Əlizadə üzərində gəzdirdiyi bıçaqla A.Əmirlini vurub. Qol nahiyəsindən iki bıçaq xəsarəti alan A.Əmirli xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan presstvaz-a verilən məlumatda bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən V.Əlizadə saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv