Bakıda “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir

Bakıda “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Müharibə, #Özbəkistan, #Pakistan, #Paraşüt, #Qazax, #Qazaxıstan, #Qətər, #Türkiyə, #Vətən müharibəsi, #Zakir Həsənov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə təlimi keçirilir.

presstvaz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 9-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti təlimin təntənəli açılış mərasimində iştirak edib.

Əvvəlcə Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov təlim iştirakçılarının açılış mərasiminə hazır olduqları barədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edib.

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə şəhidlərinin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunub.

Hərbi orkestrin müşayiəti ilə iştirakçı ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb.

Tədbirdə qeyd olunub ki, zirehli texnika, ordu aviasiyası və pilotsuz uçuş aparatlarının cəlb edildiyi “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə təlimində altı ölkənin xüsusi təyinatlı hərbi qulluqçuları iştirak edirlər.

Birgə təlimin əsas məqsədinin dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsi, eləcə də zərurət yarandıqda birgə əməliyyatları aparma imkan və bacarıqlarının inkişaf etdirilməsi olduğu diqqətə çatdırılıb.

General-polkovnik Z.Həsənov açılış mərasimində çıxış edərək təlim iştirakçılarını ölkəmizdə görməkdən məmnun olduğunu bildirib və onları salamlayıb. Nazir qeyd edib ki, artıq dördüncü dəfədir keçirilən və ənənəvi xarakter almış “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi iştirakçı ölkələr arasında hərbi əməkdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin canlı nümunəsidir.

Müdafiə naziri bildirib ki, bu kimi təlimlər yalnız hərbi təcrübə mübadiləsi və praktiki bacarıqların artırılması baxımından deyil, həm də beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və regionda sülhün qorunması üçün strateji əhəmiyyətə malikdir. Qardaş və dost ölkələrin xüsusi təyinatlı qüvvələrinin birgə fəaliyyətləri, qarşıya qoyulan tapşırıqların yüksək peşəkarlıqla yerinə yetirilməsi həmrəylik və əməkdaşlığın daha da dərinləşdiyini göstərir.

Müasir döyüş şəraitində xüsusi təyinatlı qüvvələrin rolunun getdikcə daha da artdığını vurğulayan nazir birgə təlimin hər bir iştirakçı üçün faydalı olacağını, şəxsi heyətin peşəkarlığının daha da yüksələcəyini və təcrübə mübadiləsi vasitəsilə hər bir ölkənin hərbi qüvvələri üçün yeni imkanların açılacağını əminliklə vurğulayıb.

İştirakçılara uğurlar arzulayan general-polkovnik Z.Həsənov təlimin yüksək səviyyədə təşkili və keçirilməsi, habelə cəlb olunan şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi barədə müvafiq göstəriş və tövsiyələr verib.

Sonda müdafiə naziri təlim iştirakçıları üçün yaradılmış şəraitlə tanış olub.

Qeyd edək ki, “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimində xüsusi təyinatlı bölmələr döyüş taktikaları üzrə atəş, paraşüt, snayper, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetirəcəklər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv