“Santos” Neymarın süni örtüklü stadionlarda oynamasına icazə verməyəcək

“Santos” Neymarın süni örtüklü stadionlarda oynamasına icazə verməyəcək






presstv

"Presstv"az #Audi, #Braziliya, #Futbol, #Neymar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Braziliya təmsilçisi “Santos” klubu komandanın ulduz futbolçusu Neymarın süni örtüklü meydançaya çıxmasına qadağa qoyub.

presstvaz xəbər verir ki, klub rəhbərliyi bu qərarı futbolçunun sağlamlığını qorumaq məqsədilə verib.

Belə ki, süni örtüklü stadionlarda oyun zamanı yıxılmaların oynaqlarda və diz nahiyəsində kəskin ağrılar yaratdığı, bunun isə Neymar üçün zədələnmə riskini artırdığı bildirilir.

Hazırda Neymar bərpa prosesi ilə yanaşı, mövsüm ərzində komandasına maksimum fayda verməyə çalışır. Ulduz futbolçu bu mövsüm “Santos” forması ilə bütün turnirlərdə 20 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Neymarın süni örtüklü stadionlarda çıxış etməməsi qərarı, həm klubun, həm də futbolçunun tibbi heyətinin ortaq məsləhəti ilə verilib və bu mövsüm üçün qüvvədə qalacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv