Dünyanın gizli xəzinəsi: Yerin nüvəsinin yaxınlığında gizlənir və ABŞ onu çıxarmaq istəyir

Dünyanın gizli xəzinəsi: Yerin nüvəsinin yaxınlığında gizlənir və ABŞ onu çıxarmaq istəyir






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Avstraliya, #Fransa, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeraltı hidrogen ehtiyatları dayanıqlı enerjinin yeni mənbəyinə çevrilə bilər.

presstvaz xəbər verir ki, ABŞ-dan olan tədqiqatçılar, həmçinin Oksford və Darem universitetlərinin, eləcə də Toronto universitetinin alimləri nəhəng təbii hidrogen ehtiyatlarının mövcudluğunu təsdiqləyiblər.

"Ecoticias" nəşrinin yazdığına görə, hidrogenin ənənəvi istehsal üsulundan fərqli olaraq (su molekullarının elektrik və ya qazıntı yanacaq vasitəsilə parçalanması), bu ehtiyatlar təbii yolla – qədim rif zonalarında suyun dəmirlə zəngin süxurlarla reaksiyası nəticəsində formalaşır.

"Nature Reviews Earth & Environment" jurnalında dərc edilən araşdırmada alimlərin ehtimalına görə, son milyardlarla il ərzində o qədər hidrogen yığılıb ki, bu, bəşəriyyəti 170 min il ərzində enerji ilə təmin edə bilər. Belə yataqların axtarışı üçün əsas "resept" məsaməli süxurların və hidrogeni yerin altında saxlayan geoloji tələlərin mövcudluğudur. Təxminən 30 Amerika ştatı perspektivli hesab olunur, xüsusilə də böyük hidrogen həcmlərinin toplanmış ola biləcəyi Kanzas ştatı ön plana çıxır.

Mövzuya biznes dairələrinin də marağı artır: "Koloma" (Bill Qeyts tərəfindən dəstəklənir) və "Hy-Terra" şirkətləri aktiv şəkildə axtarışlara sərmayə yatırırlar. Oxşar tədqiqatlar təkcə ABŞ-da deyil, həm də Fransada, Avstraliyada və Albaniyada aparılır.

Bununla yanaşı, çətinliklər də mövcuddur: torpaq mikroorqanizmləri hidrogenin bir hissəsini mənimsəyir, bu da onun əlçatan həcmini azaldır, həmçinin hasilatın iqtisadi səmərəliliyi hələ ki təsdiqlənməyib. Lakin alimlər nikbindirlər: hasilatın təşkili mümkün olarsa, təbii hidrogen istixana qazı tullantıları yaratmadan ən təmiz enerji mənbələrindən birinə çevrilə və dünyanın qazıntı yanacaqlardan asılılığını azalda bilər.

Xatırladaq ki, Texasın səhralıq ərazilərində də nəhəng hidrogen ehtiyatları aşkarlanmışdı. Qazma zamanı ilk nümunələr əldə olunub və illik hasilatın 280 min ton olacağı təxmin edilir. Bu yataq ABŞ-ı yaşıl enerji bazarında qlobal oyunçulardan birinə çevirə bilər. (Qaynarinfo)

presstvaz
 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv