Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırılıb?

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırılıb?






presstv

"Presstv"az #Hadisə, #İstanbul, #TikTok, #Türkiyə, #WhatsApp, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

CHP İstanbul İl Baş Qərargahı qarşısında baş verən hadisələrdən sonra Türkiyədə ən çox istifadə edilən sosial media platformalarına giriş məhdudlaşdırılıb.

presstvaz xəbər verir ki, İstanbul Valiliyinin qərarına əsasən, sentyabrın 10-u saat 23:59-a qədər şəhərin 6 rayonunda mətbuat konfransları, mitinqlər, yürüşlər və digər tədbirlər qadağan edilib. Qərargah ətrafında çevik polis qüvvələri mühasirə yaradıb və bəzi yerlərdə qarşıdurmalar baş verib.

Hadisələrdən sonra bir çox istifadəçi "X", "Instagram", "YouTube" və "TikTok"a daxil olmaqda çətinlik çəkib. Həmçinin "WhatsApp" və "Telegram" xidmətlərində də bəzi problemlər müşahidə olunub.

Sosial media platformalarından, eləcə də rəsmi qurumlardan məsələ ilə bağlı hələ açıqlama verilməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv