Aramızdakı "gizli düşmən" – Orqanizmi məhv edir: Hər evdə var…

Aramızdakı "gizli düşmən" – Orqanizmi məhv edir: Hər evdə var…






presstv

"Presstv"az #Araşdırma, #Körpə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mikroplastiklər qadın sağlamlığı üçün ciddi təhlükə yaradır.

presstvaz xəbər verir ki, gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən plastiklər, qadın sağlamlığı üçün gözləniləndən də böyük risk daşıyır. Araşdırmalara görə uşaqlıq daxili toxuma və plasentaların 60 faizində mikroplastik izləri aşkarlanıb. Bu isə göstərir ki, ana bətnindəki körpələr belə plastik çirklənmədən təsirlənə bilər.

Prof. Dr. Onur Erol bildirir ki, insanlar hər gün fərqinə varmadan mikroplastikləri udur, havadan nəfəs alır və ya dəri vasitəsilə orqanizmə qəbul edir. Plastik şüşədəki sularda,  plastik qablaşdırmada saxlanılan qidalarda, hətta kosmetik vasitələrdə ( dodaq boyalarında, pilinq gellərində, parladıcılarda ) milyonlarla mikroplastik hissəcik mövcuddur.

Mütəxəssis mikroplastiklərin qadın sağlamlığına bir sıra mənfi təsirlərini açıqlayıb. Onların tərkibindəki endokrin pozucu maddələr hormonal sistemi poza, menstruasiya pozğunluqlarına, yumurtalıq ehtiyatının azalmasına və polikistik over sindromu riskinin artmasına səbəb ola bilər.

Hamiləlik dövründə mikroplastiklərin təsiri daha da ciddi olur. Plasentada yığılan hissəciklər körpəyə qida və oksigen keçidini çətinləşdirə, iltihablanmalara yol açaraq erkən doğum riskini artırır və orqanların inkişafında ləngiməyə səbəb ola bilər.

Prof. Dr. Erol xəbərdarlıq edir ki, mikroplastiklərdə olan BPA və ftalatlar estrogenə bənzər təsir göstərir və bunun nəticəsində yumurtlama problemləri, güclənmiş menstruasiya ağrıları, süni mayalanma (IVF) proseslərində uğur şansının azalması kimi hallara səbəb olur.

Mütəxəssislər bildirir ki, xüsusilə hamilə və reproduktiv yaşda olan qadınlar üçün mikroplastiklərin zərərlərindən qorunmaq gündəlik həyatın önəmli hissəsinə çevrilməlidir.

 

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv