Misirdə müəmmalı şəkildə yoxa çıxan şəxs iranlı diplomat olub?

Misirdə müəmmalı şəkildə yoxa çıxan şəxs iranlı diplomat olub?






presstv

"Presstv"az #Audi, #Beynəlxalq Hava Limanı, #Hakim, #İran, #İraq, #Misir, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Misirdə yoxa çıxan İranın keçmiş diplomatı Əmir Musəvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

presstvaz xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Nazirliyin sözçüsü qeyd edib ki, Əmir Musəvi hazırda rəsmi diplomat statusu daşımır:

“Misirdə qaçırıldığı bildirilən Əmir Musəvi adlı şəxs diplomat deyil. O, bir müddət İranın mədəniyyət müşaviri vəzifəsində çalışıb. Eşitmişik ki, bu şəxs İraq pasportu ilə Misirə daxil olub”, – deyə o bildirib.

Bəqayi əlavə edib ki, İran vətəndaşlarının hüquqlarını qorumaq və təmin etmək məqsədilə məsələ Qahirədəki İranın Maraqlarının Müdafiəsi İdarəsi vasitəsilə yaxından izlənilir.

Qeyd edək ki, Misir mediasının bu gün yaydığı xəbərlərə görə, Əmir Musəvi İran və İraq pasportları, təhlükəsizlik icazəsi və rəsmi Misir vizası ilə ölkəyə daxil olub. Lakin Qahirə Beynəlxalq Hava Limanına çatdıqdan dərhal sonra sorğu-suala cəlb edilib və bundan sonra onunla bağlı məlumat almaq mümkün olmayıb.

16:28

İranın keçmiş diplomatı Əmir Musəvi Misirə rəsmi dəvət aldıqdan sonra hava limanında müəmmalı şəkildə itib.

presstvaz xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Mənbələr bildirir ki, Musəvi İran və İraq pasportu, təhlükəsizlik icazəsi və Misir vizası ilə ölkəyə daxil olub. Lakin Qahirə hava limanına çatdıqdan dərhal sonra onun sorğu-sualı başlayıb. Mənbə bunun “Facebook”dakı son paylaşımı ilə bağlı olduğunu qeyd edib.

Məlumata görə, onun səfər zamanı qatılacağı seminar strateji sahələr üzrə ekspertlərin iştirakı ilə İran və Misir arasında iqtisadi və texnoloji əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün planlaşdırılıb.

Misir hakimiyyəti hələ Musəvinin vəziyyəti ilə bağlı rəsmi açıqlama verməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv