Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Emin Əmrullayev, #Kaliforniya, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Rəşad Nəbiyev, #Süni intellekt, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Bakıda Süni İntellekt Akademiyasının (“AI Academy”) açılışı olub.

presstvaz xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.

Açılış mərasimində akademiyanın fəaliyyət planı, təhsil proqramları və ölkədə süni intellekt ekosisteminin inkişafına dair qarşıya qoyulan hədəflərlə bağlı məlumat verilib. İştirakçılar tədris mühiti və yaradılmış şəraitlə tanış olub, tələbələrlə təhsil prosesinə hazırlıq, onların gözləntiləri və gələcək planları barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “AI Academy” “AZCON Holding”in dəstəyi ilə fəaliyyət göstərəcək tədris mərkəzidir. Akademiya “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən yaradılıb.

Süni İntellekt Akademiyasının əsas məqsədi süni intellekt sahəsində mütəxəssislər hazırlamaq və ölkədə rəqəmsal transformasiyanı sürətləndirməkdir. Akademiya, həmçinin gələcəkdə Azərbaycanı regionda süni intellekt təhsili və innovativ layihələrin tətbiqi üzrə aparıcı mərkəzə çevirməyi hədəfləyir.

Tədris proqramları beynəlxalq standartlara uyğun hazırlanıb və dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanır. Akademik heyət süni intellekt və müasir texnologiyalar sahəsində zəngin təcrübəyə malik mütəxəssislərdən ibarətdir.

Akademiyanın fəaliyyətində qlobal elmi mühitə inteqrasiya prioritet istiqamətlərdən biridir. Bu məqsədlə süni intellekt sahəsində dünyanın aparıcı ali təhsil müəssisələri olan Massaçusets Texnologiya İnstitutu (MIT), Kaliforniya Universiteti, Karnegi Mellon Universiteti, Harvard Universiteti və Stanford Universiteti ilə əməkdaşlıqlar qurulub. Bu nüfuzlu universitetlərin professor və alimləri akademiyaya qonaq mühazirəçi kimi dəvət olunacaqlar.

Süni İntellekt Akademiyası fəaliyyətində elmi-tədqiqat işləri və innovativ layihələrin hazırlanması kimi istiqamətlərə xüsusi önəm verir. Burada təhsil alan gənclər və mütəxəssislər startap ideyaları üzərində işləmək, tətbiqi layihələrdə iştirak etmək və beynəlxalq təcrübədən faydalanmaq imkanına malik olacaqlar.

Tədbirdə, həmçinin süni intellekt geniş dil modeli prototipi təqdim olunub. Bu prototip ümumilikdə 10 milyard token və 1.2 milyon sintetik məlumat üzərində istiqamətli öyrənmə və tənzimləmələr aparılmaqla ərsəyə gətirilib. Layihə Azərbaycanın suveren süni intellekt potensialının mümkünlüyünü nümayiş etdirməklə yanaşı milli innovasiya ekosisteminin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir.

“Süni İntellekt Akademiyasının yaradılması ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, rəqəmsal iqtisadiyyatın gücləndirilməsi və Azərbaycanın qlobal süni intellekt xəritəsində mövqeyinin möhkəmləndirilməsi istiqamətində strateji əhəmiyyət kəsb edir”, – deyə Milli Süni İntellekt Mərkəzinin direktoru Tuncay Bağırov bildirib.

Akademiyanın təqdim etdiyi bütün tədris proqramları tam təqaüdlü əsaslarla həyata keçirilir. Proqramlara qəbulun növbəti mərhələləri və digər yeniliklər barədə məlumatlar “AI Academy” nin rəsmi veb-saytı və sosial media hesablarında yayımlanacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv