Yeni tədris ili ərəfəsində valideynlər övladlarını psixoloji olaraq necə hazırlamalıdırlar?

Yeni tədris ili ərəfəsində valideynlər övladlarını psixoloji olaraq necə hazırlamalıdırlar?






presstv

"Presstv"az #Audi, #Psixoloq, #Səhiyyə Nazirliyi, #Şəki, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sən bunu bacarmalısan” təzyiqi əvəzinə “Sənin bacarığına inanıram” uşağın həm psixoloji sağlamlığını qoruyur, həm də motivasiyasını gücləndirir”.

presstvaz xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova nazirliyin Media və kommunikasiya şöbəsinə müsahibəsində deyib.

O, dərs zamanı diqqəti tez yayınan uşaqlara necə kömək etmək lazım olduğuna aydınlıq gətirib:

“Dərs zamanı diqqəti tez yayınan uşaqlarla işləməyin ilk addımı onların diqqət imkanlarının nəzərə alınmasıdır. Belə uşaqlar uzun müddət eyni fəaliyyətə fokuslana bilmirlər.

Burada sistemli yanaşma lazımdır. Uşağın diqqət resursunu nəzərə almaq vacibdir. Buna görə də tapşırıqları daha kiçik hissələrə bölmək, tez-tez qısa fasilələr vermək faydalıdır. Məsələn, onları 5-10 dəqiqəlik mərhələlərlə təqdim etmək uşaq üçün daha əlçatan olur.

Bundan əlavə, interaktiv metodlardan istifadə uşaqların dərslərə marağını artırır. Şəkillər, qısa videolar, rəngli kartlar və ya qrup tapşırıqları kimi vasitələrdən istifadə etdikdə uşaq mövzuya daha çox fokuslana bilir. Bu yanaşma həm dərsin monotonluğunu azaldır, həm də uşağın marağını canlı saxlayır.

Digər mühüm istiqamət emosional mühit və motivasiyadır. Uşağı daim tənqid etmək əvəzinə kiçik nailiyyətlərini vurğulamaq onun özünəinamını artırır.

Eyni zamanda, gündəlik rejimin qurulması tövsiyə olunur. Bu, onun beynində “indi dərs vaxtıdır, indi isə oyun” kimi aydın siqnallar yaradır və diqqəti toplamağı asanlaşdırır.

Qeyd etmək lazımdır ki, diqqət məşqləri və oyunlardan istifadə etmək çox faydalıdır. Məsələn, “Fərqləri tap”, “tapmacalar və ya qısa yaddaş oyunları uşağın diqqətini inkişaf etdirir”.

O, valideynlərin yüksək gözləntilərinin uşağa zərər verməsindən bəhs edib:

“Bəli, verə bilər, çünki yüksək standartlara uyğunlaşmağa çalışan uşaq “mən kifayət qədər yaxşı deyiləm” düşüncəsi ilə yaşayır. Bu, xroniki stres, qorxu və motivasiyanın itməsinə səbəb olur. “Sən bunu bacarmalısan” təzyiqi əvəzinə “Sənin bacarığına inanıram” uşağın həm psixoloji sağlamlığını qoruyur, həm də motivasiyasını gücləndirir. Bu yanaşma uşağın psixikasını qoruyur və onu, həqiqətən də, motivasiya edir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv