Elektromobil sahiblərini gözləyən fantastik batareya xərcləri QİYMƏTİ

Elektromobil sahiblərini gözləyən fantastik batareya xərcləri QİYMƏTİ






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son dövrlər paytaxt küçələrində elektromobil idarə edən sürücülərlə tez-tez qarşılaşmaq olur. Bu avtomobillərin əksəriyyəti taksidə istifadə edilir.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bu avtomobillərin batareyaları ilə bağlı müxtəlif paylaşımlar edilir. Bu da elektromobil həvəskarlarında müxtəlif suallar yaradır. Məsələn, bu avtomobillərin batareyaları hansı halda tez sıradan çıxır, qiyməti neçəyədir və bu kimi digər suallar.

Elektromobil təmiri üzrə mütəxəssis Sübhan Abdullazadə bildirib ki, batareyaların tez sıradan çıxmasının əsas səbəbləri kimi sürətli şarj, çox isti və ya soyuq hava şəraiti, həmçinin enerjinin tam bitməsi və ya tam dolmasıdır. Uzunömürlü istifadə üçün isə batareyanın dolmasını orta səviyyədə saxlamaq tövsiyə olunur.

O, əlavə edib ki, elektromobillər üçün batareyalar xaricdə istehsal olunduğundan, lazım olduqda oradan gətirilir. Müasir elektromobillər üçün batareyaları tək-tək dəyişmək olmadığından qiymətləri 8 500 manatla 34 min manat arası dəyişir.

Usta bildirib ki, hibrid və ya “plug-in” hibridlərdə batareya sistemi nisbətən ucuz olur. Eləcə də köhnə elektromobillərin batareyaları ucuz olduğu qədər də, gec tapılır.

Ətraflı süjetdə:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv