Siqaret çəkənlərdə bu vitamin çatışmır – Açıqlama

Siqaret çəkənlərdə bu vitamin çatışmır – Açıqlama






presstv

"Presstv"az #Həkim, #Siqaret, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Siqaret çəkənlərdə C vitamini çatışmazlığı müşahidə olunur.

presstvaz xəbər verir ki, psixiatr və narkoloq, həkim Ruslan İsayev gazeta.ru-ya açıqlamasında bildirib ki, siqaret çəkənlərin qan plazmasında askorbin turşusunun miqdarı siqaret çəkməyənlərlə müqayisədə xeyli aşağı olur.

Həkimin sözlərinə görə tütünün yanma məhsulları orqanizmdə oksidləşdirici stress yaradır və C vitamini sərbəst radikalları zərərsizləşdirmək üçün daha sürətlə xərclənir. Bundan başqa, siqaret çəkənlərdə askorbin turşusunun parçalanması və orqanizmdən xaric olunması da sürətlənir.

İsayev qeyd edib ki, siqaret çəkən kişilər və qadınların gündəlik C vitamini ehtiyacı siqaret çəkməyənlərlə müqayisədə təxminən 35 milliqram çoxdur.

O, bununla yanaşı vurğulayıb ki, siqaretin yaratdığı C vitamini çatışmazlığını yalnız qida və ya əlavələrlə tam aradan qaldırmaq mümkün deyil. Bu vitamin immunitetin, damarların, dərinin sağlamlığı və antioksidant müdafiə üçün vacibdir, lakin onun əlavə qəbulu tütün tüstüsünün tənəffüs və ürək-damar sisteminə dağıdıcı təsirini neytrallaşdırmır, sadəcə sürətlə tükənən ehtiyatları bərpa etməyə kömək edir.

 

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv