Uşaqlar üçün doğru oyuncağın seçilməsi: Nələrə diqqət etməli?

Uşaqlar üçün doğru oyuncağın seçilməsi: Nələrə diqqət etməli?






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Uşaqlar üçün oyuncaqların təhlükəsizliyi valideynlərin ən çox diqqət etdiyi məsələlərdən biridir. Mütəxəssislər oyuncaqların sertifikatlı, yüksək keyfiyyətli və zərərsiz materiallardan hazırlanmış olmasının vacib olduğunu vurğulayır. Uşaqların sağlamlığını qorumaq üçün parlaq görünüşə baxmayaraq təhlükəsizliyi təsdiqlənməmiş məhsullardan uzaq durmaq lazımdır.

Terapevt Nadejda Çernışova uşaqlar üçün oyuncaqların seçiminə dair danışaraq onların mütləq sertifikatlı, uşaq mağazalarından və yüksək keyfiyyətə malik olmasının vacib olduğunu vurğulayıb.

presstvaz xəbər verir ki, o, bildirib ki, uşaqlara yalnız təhlükəsizliyi təsdiqlənmiş, zərərsiz materiallardan məsələn, keyfiyyətli plastik və ya rezindən hazırlanmış məhsullar təqdim edilməlidir. Parlaq və cazibədar görünən, lakin təhlükəsizliyi şübhə doğuran oyuncaqlardan isə uzaq durmaq lazımdır.

Çernışova həmçinin qeyd edib ki, oyuncağın ölçüsü önəmli deyil, əsas məsələ onun uşağın sağlamlığı üçün risk yaratmamasıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv