Tramp maliyyəçi Cefri Epşteyn işi üzrə FTB-yə informatorluq edib

Tramp maliyyəçi Cefri Epşteyn işi üzrə FTB-yə informatorluq edib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp maliyyəçi Cefri Epşteyn işi üzrə FTB-yə informatorluq edib.

presstvaz-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson bəyan edib.

Onun sözlərinə görə, Tramp Epşteynlə bağlı şayiələri eşidən kimi onu Mar-a-Laqodakı rezidensiyasından qovub və hüquq-mühafizə orqanlarına məlumat verib:

“O, Epşteyni nifrətlə yad edir. Onunla əlaqəni hələ prezident olmamışdan əvvəl kəsmişdi, çünki özü belə insan deyil”, – deyə spiker vurğulayıb.

O əlavə edib ki, Tramp “saxtalaşdırmadan” danışarkən, Epşteynin cinayətlərini deyil, demokratların ona qarşı siyasi hücumlarını nəzərdə tutur.

Xatırladaq ki, Epşteyn 2019-cu ildə azyaşlı qızların cinsi istismarı ilə bağlı saxlanılmış, bir neçə ay sonra isə Nyu-York həbsxanasında intihar etmişdi. Onun dostları arasında siyasətçilər, iş adamları və şou-biznes ulduzları olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv