ADSEA-nın “Təlim və İnnovasiyalar Mərkəzində “WaterTech Bootcamp”ın açılış mərasimi keçirilib

ADSEA-nın “Təlim və İnnovasiyalar Mərkəzində “WaterTech Bootcamp”ın açılış mərasimi keçirilib






presstv

"Presstv"az #Almaniya, #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Azərbaycan, #elmi tədqiqat, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Təlim və İnnovasiyalar Mərkəzində “WaterTech Bootcamp”ın açılış mərasimi keçirilib.

presstvaz xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

Açılış mərasimində ADSEA-nın sədr müavini İlham Bayramov, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev və agentliyin nümayəndələri iştirak ediblər.

ADSEA-nın sədr müavini İlham Bayramov bu cür təşəbbüslərin strateji əhəmiyyət daşıdığını vurğulayıb:

“Su təsərrüfatı sahəsində innovativ yanaşmalar və yeni texnologiyaların tətbiqi günümüzdə daha aktual və vacibdir. Bu gün burada toplaşan hər bir iştirakçı ölkəmizin su ehtiyatlarının qorunması və davamlı inkişafı yolunda potensial dəyişiklik yarada biləcək bir fikrin, bir texnoloji həllin müəllifi ola bilər”.

Daha sonra çıxış edən Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev tələbələrə qarşıdakı dörd günlük gərgin, eyni zamanda, çox faydalı prosesdən danışıb:

“Bu müddətdə siz yalnız nəzəri biliklər qazanmayacaq, həm də komandada işləməyi öyrənəcəksiniz, fikir mübadiləsi aparacaqsınız və ortaya mövcud problemlərin real həllərini çıxaracaqsınız. Sizin bu hakatonda irəli sürdüyünüz ideyalar gələcəkdə böyük layihələrin əsasına çevrilə bilər”.

Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək dördgünlük təlim və hakaton proqramı su ehtiyatlarının idarə olunması sahəsində süni intellektin və innovativ texnologiyaların tətbiqinə həsr olunub.

Proqrama ümumilikdə 305 nəfər müraciət edib, onlardan seçilən 60 gənc təlimlərdə iştirak etmək imkanı qazanıb.

Proqramın sonunda ən uğurlu ideyalar münsiflər heyəti tərəfindən seçilərək mükafatlandırılacaq və onların həyata keçirilməsi üçün əlavə imkanlar təqdim olunacaq.

Tədbir ADSEA-nın tabeliyində olan Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu və SUP VC-nin təşkilatçılığı, “EU4 Climate Resilience” layihəsinin dəstəyi ilə baş tutub. Layihə Avropa İttifaqı (Aİ) və Almaniyanın Ətraf Mühit, İqlim Fəaliyyəti, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi (BMUKN) tərəfindən maliyyələşdirilir, GIZ və OECD tərəfindən icra olunur.

“WaterTech Bootcamp” iştirakçılara yeni bilik və bacarıqlar qazandırmaqla yanaşı, komanda işi, kreativlik və davamlı inkişaf prinsiplərini də təşviq edən mühüm təşəbbüsdür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv