İki Venesuela qırıcısı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığından uçub

İki Venesuela qırıcısı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığından uçub






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Gəmi, #Narkotik vasitələrin qanunsuz dövriyyəsi, #Nikolas Maduro, #təyyarə, #Vaşinqton, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İki Venesuela hərbi təyyarəsi beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığından uçub.

presstvaz-ın xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyindən məlumat verilib.

“Venesuela Prezidenti Nikolas Maduronun iki hərbi təyyarəsi beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə yaxın məsafədən uçub. Bu son dərəcə təxribat xarakterli addım bizim narkoterrorizmlə mübarizə üzrə əməliyyatlarımıza müdaxilə etmək məqsədi daşıyırdı”, – deyə nazirliyin bəyanatında bildirilib.

“Venesuelanı idarə edən kartelə israrlı şəkildə tövsiyə olunur ki, gələcəkdə ABŞ Silahlı Qüvvələri tərəfindən narkotrafik və narkoterrorizmlə mübarizə üzrə keçirilən əməliyyatların qarşısını almağa, çəkindirməyə, maneçilik törətməyə cəhdlər edilməsin”, – deyə sənəddə qeyd olunub.

Xatırladaq ki, sentyabrın 2-də ABŞ Prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələrinin beynəlxalq sularda əməliyyat çərçivəsində Venesuelanın “Tren de Aragua” narkokartelinin 11 üzvünün məhv edildiyini açıqlayıb. Trampın sözlərinə görə, Karakas narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün kifayət qədər iş görmür. Bundan əlavə, Vaşinqton Maduronu “Cartel de los Soles” adlı narkokartelə aid olmaqda ittiham edir, hansı ki, Karakas onun mövcudluğunu qəti şəkildə inkar edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv