ABŞ rəsmiləri: “Çin hakerləri, demək olar ki, bütün amerikalıların məlumatlarını ələ keçiriblər”

ABŞ rəsmiləri: “Çin hakerləri, demək olar ki, bütün amerikalıların məlumatlarını ələ keçiriblər”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Çin, #Donald Tramp, #Haker hücumu, #Hakerlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin hökuməti tərəfindən dəstəkləndiyi iddia edilən hakerlər onilliklər boyu ABŞ şirkətlərinə kiberhücumlar edərək, məxfi məlumatları və intellektual mülkiyyəti oğurlayıblar.

presstvaz xəbər verir ki, bu barədə “The New York Times” məlumat verib.

Söhbət “Salt Typhoon” adlı haker qrupundan gedir. Nəşrin məlumatına görə, onların hücumları 80-dən çox ölkəyə təsir göstərib və demək olar ki, hər bir amerikalının məlumatlarının oğurlanmasına səbəb olub. Qeyd olunur ki, hakerlər bütün dünya üzrə şəbəkələri hədəfə alıblar.

Müstəntiqlər bildiriblər ki, hücum çoxillik və koordinasiyalı olub, iri telekommunikasiya şirkətlərindən istifadə edilib. Oğurlanmış məlumatların Çin xüsusi xidmət orqanlarına siyasətçilər və fəallar da daxil olmaqla hədəfləri izləmək üçün qlobal şəbəkələrdən istifadə etməyə imkan verə biləcəyi bildirilir.

Böyük Britaniya və ABŞ rəsmiləri bu cür haker hücumunun qarşısıalınmaz və hər kəsə yönəlmiş olduğunu vurğulayıblar.

“Kampaniyanın miqyasını nəzərə alsaq, amerikalıların heç birinin bundan kənarda qaldığını təsəvvür edə bilmirəm”, – deyə FTB-nin kiberbölməsinin keçmiş yüksəkrütbəli əməkdaşı, haker hücumlarının araşdırılmasına nəzarət edən Sintiya Kayzer bildirib.

2019-cu ildə başlayan haker hücumu 2024-cü ildə ortaya çıxıb. Hakerlərin məqsədi bütün dünyada hədəflərin kommunikasiyalarını və hərəkətlərini izləmək kimi göstərilib. Kiberhücum zamanı tanınmış siyasətçilərin, o cümlədən ABŞ Prezidenti Donald Trampın telefonlarına müdaxilə edilib.

Xatırladaq ki, FTB Çin tərəfindən dəstəkləndiyi iddia edilən haker hücumlarının ABŞ infrastrukturuna qarşı görünməmiş miqyasa çatdığını bildirib. Qurum haker hücumları problemini ölkənin milli təhlükəsizliyinə ən mühüm təhdidlərdən biri adlandırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv