Özbəkistan Rusiyaya rəsmi nota göndərdi – Video

Özbəkistan Rusiyaya rəsmi nota göndərdi – Video






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Hadisə, #Moskva vilayəti, #Özbəkistan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərərək videoda özbək taksi sürücüsünü təhqir edən, onu “rusların qulu” adlandıran şəxsin şəxsiyyətinin müəyyən edilməsini və barəsində qanuni tədbir görülməsini tələb edib.

presstvaz xəbər verir ki, bunu Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov avqust ayında geniş ictimai rezonansa səbəb olan insidenti şərh edərkən deyib.

“Xüsusilə də avqust ayında geniş ictimai rezonans doğuran hadisə ilə bağlı araşdırma aparılır. Bununla əlaqədar olaraq videogörüntüdə olan şəxsin kimliyinin müəyyən edilməsi və ona qarşı hüquqi tədbir görülməsi məqsədi ilə Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərilib. Özbəkistan vətəndaşları harada olduqlarından asılı olmayaraq, dövlətin himayəsindədir”, – o bildirib.

Qeyd edək ki, Moskva vilayətində lentə alındığı iddia edilən bu hadisə Özbəkistanda hiddətə səbəb olub. Kadrlarda bir nəfərin taksi sürücüsünə qışqıraraq onu etnik mənsubiyyətinə görə alçaltması əks olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv