"Samsung"un ən bahalı smartfonunda ciddi qüsur aşkarlandı

"Samsung"un ən bahalı smartfonunda ciddi qüsur aşkarlandı






presstv

"Presstv"az #Dollar, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Samsung"un ən bahalı smartfonunda ciddi qüsur aşkarlanıb.

presstvaz "iTechPost"a istinadla xəbər verir ki, "Samsung Galaxy Z Fold 7" istifadəçiləri cihazın korpusunda boya soyulması problemini müzakirə edirlər.

Məlumata görə, bəzi sahiblər anodlaşdırılmış metal korpusdakı örtüyün iri hissələrlə qopduğunu bildiriblər. Reddit platformasında paylaşılan şəkillərdə telefonun yan hissələrində rəngin soyulduğu açıq şəkildə görünür.

İstifadəçilərdən biri yazıb:

"Samsung bu problemi həll etməyəcək, çünki bu, smartfonun işinə təsir göstərmir. Amma bu məni çox əsəbiləşdirir – çünki cihazı heç vaxt yerə salmamışam."

Başqa bir sahib isə qeyd edib ki, belə bir defektin 2000 dollardan (təxminən 160 min rubl) baha olan cihazda ortaya çıxması qəbuledilməzdir.

Ekspertlər hesab edirlər ki, bu cür qüsurlar istifadəçilərin etimadını ciddi zədələyə bilər. Əgər Samsung nasaz cihazları dəyişməsə və ya pulunu geri qaytarmasa, şirkətin imicinə mənfi təsir göstərə bilər.

Qeyd edək ki, Galaxy Z Fold 7 Samsung-un ən bahalı və flaqman qatlanan smartfonudur.

 

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv