ABŞ-də matça çayı içən qadın xəstəxanalıq oldu

ABŞ-də matça çayı içən qadın xəstəxanalıq oldu






presstv

"Presstv"az #ABŞ, #anemiya, #Audi, #çayda, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də qadın matça çayına olan eşqinə görə xəstəxanaya düşüb.

presstvaz bildirir ki, bu barədə “Independent” nəşri yazıb.

Məlumata görə, Lin adlı ABŞ-li qadın növbəti matçanı içdikdən sonra özünü pis hiss edib. Xəstəxanaya gedərək analizlər verib və həkimlərdən anemiya olduğunu – qanda dəmirin həddindən artıq aşağı səviyyəyə düşdüyünü öyrənib.

Doktor Libbi Artinqstollun fikrincə, matça da digər yaşıl çaylar kimi, polifenollarla zəngindir ki, bunlar adətən orqanizmə faydalarına görə təriflənən antioksidantlardır. Lakin eyni birləşmələr bitki qidalarında və zənginləşdirilmiş qidalarda olan qeyri-hem dəmirin udulmasına mane ola bilər.

“Polifenollar dəmirin udulmasını azalda bilər, xüsusən də çay yemək zamanı və ya dərhal sonra içildikdə”, – deyə Libbi Artinqstoll qeyd edib.

Dəmirə təsirindən əlavə, matça digər yan təsirlər də yarada bilər. Belə ki, bu çayı istehlak edərkən insan sadəcə dəmləmə deyil, həm də əzilmiş çay yarpaqlarını da içdiyi üçün tərkibindəki kofein də adi yaşıl çaydan daha yüksəkdir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu da narahatlıq, ürək döyüntülərinin artması, yuxusuzluq və qan təzyiqinin artmasına səbəb ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv