Çin, Rusiya və Şimali Koreya liderləri 150 ilədək yaşamağın yolları barədə söhbətləşiblər

Çin, Rusiya və Şimali Koreya liderləri 150 ilədək yaşamağın yolları barədə söhbətləşiblər






presstv

"Presstv"az #Audi, #Çin, #Kim Çen In, #Müharibə, #Rusiya, #Si Cinpin, #Şimali Koreya, #Vladimir Putin, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin, Rusiya və Şimali Koreya liderləri – Si Cinpin, Vladimir Putin və Kim Çen In Pekində ölümsüzlük, daha doğrusu insan ömrünün uzadılması imkanları barədə düşüncələrini paylaşıblar.

presstvaz-ın “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, liderlər bu barədə İkinci Dünya Müharibəsində Yaponiya üzərində qələbənin 80 illiyinə həsr olunmuş parad ərazisinə daxil olarkən söhbətləşiblər.

Onların söhbəti mikrofonun açıq olması səbəbindən qeydə alınıb.

Söhbət zamanı Çin lideri bildirib ki, insanlar əvvəllər nadir hallarda 70 yaşadək yaşayırdılar, indi isə 70 yaşında insan hələ də uşaq sayılır.

Putin isə öz növbəsində qeyd edib ki, biotexnologiyaların inkişafı ilə insan orqanlarını müntəzəm surətdə transplantasiya etmək olar, insanlar daha gənc yaşaya bilərlər, hətta ölümsüzlüyə nail olmaq mümkündür.

Tərcüməçinin orqan köçürülməsi barədə sözləri Koreya dilində təkrarlaması eşidilib.

Si Cinpin sonda əlavə edib ki, proqnozlara görə, XXI əsrdə insanların 150 ilədək yaşamaq şansları var.

Qeyd edək ki, Çin və Rusiya liderlərinin hər birinin 72 yaşı var, Kim Çen In isə 41 yaşındadır.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv