SN: “Özəl sektorda yoxlamalar yalnız müraciət və mediada yayılan məlumatlar əsasında aparılır”

SN: “Özəl sektorda yoxlamalar yalnız müraciət və mediada yayılan məlumatlar əsasında aparılır”






presstv

"Presstv"az #Audi, #Epidemiya, #İnzibati Xətalar Məcəlləsi, #Səhiyyə Nazirliyi, #Yoluxucu xəstəlik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səhiyyə müəssisələrində aparılan planlı yoxlamalar zamanı aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflər verilir.

presstvaz xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş hüquqşünası Kamil Dəmirli nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, dövlət müəssisələrində planlı yoxlamalar həyata keçirilir, aşkarlanan nöqsanların aradan qaldırılması üçün verilən təkliflər nəzərə alınmadığı halda isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə növündə inzibati tənbeh tədbirləri tətbiq olunur. Özəl sektorda isə yoxlamalar yalnız vətəndaş müraciətləri və ya mediada dərc olunan məlumatlar əsasında mümkündür:

“Əgər müraciətlərdə vətəndaşların həyat və sağlamlığı üçün birbaşa təhlükə, yoluxucu xəstəliklərin yayılması və ya epidemiya riski barədə faktlar qeyd olunursa, həmin yoxlamalar müvafiq reyestrdə qeydə alınaraq aparılır”.

Kamil Dəmirli bildirib ki, ən çox şikayətlər mehmanxanalarda təmizlik və yataq dəstlərinin dəyişdirilməsi, gözəllik salonlarında isə sanitar normaların pozulması ilə bağlı olur. Onun sözlərinə görə, qaydalar otaqların dezinfeksiya edilməsini, yataq dəstlərinin mütəmadi dəyişdirilməsini və salonlarda alətlərin ya birdəfəlik istifadəsini, ya da dezinfeksiyasını tələb edir. Həmçinin dəriyə invaziv müdaxilələrin aparılması qadağandır və istifadə olunan kosmetik vasitələrin təhlükəsizliyini təsdiq edən sənədlər olmalıdır.

“Bu qaydalar infeksiyaların, o cümlədən hepatit kimi xəstəliklərin yayılmasının qarşısını almağa xidmət edir”, – deyə baş hüquqşünas vurğulayıb.

Sonda o əlavə edib ki, maddi ziyanla bağlı məsələlər üzrə vətəndaşların aidiyyəti qurumlara müraciət etməsi tövsiyə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv