Yekaterinburqdakı diasporun yeni “sədri”nin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur

Yekaterinburqdakı diasporun yeni “sədri”nin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hakim, #Rusiya, #Sağlamlıq, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yekaterinburqdakı Azərbaycan diasporuna yeni rəhbərin seçilməsi barədə Rusiya mətbuatında məlumatlar yayılıb.

Sentyabrın 1-də yayılmış məlumatlarda Vidadi Mustafayevin Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri seçildiyi bildirilir.

presstvaz xəbər verir ki, APA-nın Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələrdən əldə etdiyi məlumatda isə bildirilir ki, Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.

O, naməlum qrup tərəfindən qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçilib”.

Vidadi Mustafayevin iqtisadi cinayətlərə görə bir neçə dəfə məsuliyyətə cəlb olunmasına dair məlumatlar da var.

Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski bu ilin avqustunda saxlanılıb və həbs olunub.

İlkin məlumata görə, Şahin Şıxlinski şəxsin öldürülməsinə cəhddə iştirak etmək, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.

Bundan başqa, Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski də hazırda həbsdədir. O, hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə təqsirləndirilir.

Hər iki şəxslə bağlı istintaq davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv