Qurban Qurbanov “Sevilya”nın hücumçusundan niyə imtina edib?

Qurban Qurbanov “Sevilya”nın hücumçusundan niyə imtina edib?






presstv

"Presstv"az #"Mançester Yunayted", #"Qarabağ", #Audi, #Belçika, #Futbol, #Sevilya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sevilya”nın belçikalı futbolçusu Adnan Yanuzay “Qarabağ”a təklif olunub. Lakin ağdamlılar bu keçidə maraq göstərməyib.

presstvaz Futbolinfo.az-a istinadən xəbər verir ki, agentlər onun icarə əsasında Ağdam klubunda çıxış edməsinin mümkünlüyünü klub rəhbərliyinə və baş məşqçi Qurban Qurbanova bildiriblər.

Təcrübəli çalışdırıcı isə bu transferin reallaşmasını istəməyib. O, komandaya yaşı 27-dən az olan futbolçu axtardıqlarını bildirib. Yanuzayın isə 30 yaşı var. Qeyd edək ki, Adnan Yanuzay karyerası ərzində “Mançester Yunayted”, “Real Sosyedad”, Dortmund “Borussiya”sı kimi klublarda çıxış edib.

O, 2022-ci ilə qədər Belçika millisinə dəvət alıb. 2022-ci ilin yayından “Sevilya”ya məxsus olan yarımmüdafiəçi bu müddətdə “Başakşəhər”də, son mövsümdə isə “Las Palmas”da icarədə çıxış edib. Əndəlüslülərlə birillik müqaviləsi qalan oyunçunun transfer dəyəri 1.2 milyon avrodur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv