“Naxtel” MMC fəaliyyətini dayandırır – Bir operatorda eyni nömrənin olması problem yaradacaq?

“Naxtel” MMC fəaliyyətini dayandırır – Bir operatorda eyni nömrənin olması problem yaradacaq?






presstv

"Presstv"az #Audi, #Azercell

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabr ayının 1-dən etibarən “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsinin dayandırılacağı üçün abunəçilər hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün oktyabrın 1-dən dekabrın 1-dək ölkədə fəaliyyət göstərən digər mobil operatorlara (“Azercell”, “Bakcell”, “Nar”) müraciət etməlidirlər.

Mobil operatorların şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri onların istifadəsindən çıxarılacaq (ləğv ediləcək) və həmin nömrələr üzrə mövcud müqaviləyə xitam veriləcək. Müqaviləyə xitam verilməsi ilə nömrədə mövcud olan və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SIM kartın balansında qalan, lakin istifadə edilməmiş vəsaitlər silinəcək (sıfırlanacaq).

Maraqlıdır, bəs görəsən, abunəçilərin nömrə daşınması zamanı prefiksləri dəyişərsə, hər üç operatorda eyni nömrələrin olması problem yaradacaqmı?

Məsələ ilə bağlı “Naxtel” MMC-dən presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, nömrə daşınması zamanı prefikslər dəyişməyəcək:

“Nömrə daşınması zamanı prefikslər olduğu kimi qalacaq, yalnız şəbəkələr digər mobil operatorlara (“Azercell”, “Bakcell”, “Nar”) keçəcək. Belə olan halda bir operatorda olan eyni nömrələrin olması hər hansı problem yaratmayacaq. İstədikləri mobil operatoru istifadə edən abunəçilər seçdikləri operatorun tariflərindən istifadə edəcəklər. Tənzimlənəcək başqa məsələlər olarsa, oktyabrın 1-nə kimi saytda ətraflı məlumat veriləcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv