Rusiyada yaşamaq istəyənlər oxusun: yeni rüsumlar tətbiq edildi

Rusiyada yaşamaq istəyənlər oxusun: yeni rüsumlar tətbiq edildi






presstv

"Presstv"az #Rusiya, #Vergi Məcəlləsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sentyabrın 1-dən Rusiyada əlavə dövlət rüsumları, o cümlədən qeydiyyat, miqrasiya qeydiyyatı və iş icazəsi ilə bağlı rüsumlar tətbiq edilib.

presstvaz xəbər verir ki,  Rusiyanın Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib və dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minib.

Beləliklə, miqrasiya nəzarətini gücləndirmək üçün bir sıra əlavə rüsumlar, o cümlədən xarici vətəndaşa və ya vətəndaşlığı olmayan şəxsə patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi üçün – 4 200 rubl, iş icazəsinin müddətinin uzadılması üçün – 4 200 rubl tətbiq edilir.

Həmçinin iş icazəsinin dublikatının verilməsi, miqrantın və ya vətəndaşlığı olmayan şəxsin iş icazəsində, yaxud patentin dublikatında olan məlumatlara dəyişiklik edilməsinə görə də rüsum tətbiq olunub. Onun məbləği 2 100 rubl təşkil edir.

Bundan əlavə, xarici işçilərin cəlb edilməsi və istifadəsi üçün icazələrin dublikatlarının verilməsi, habelə onlara dəyişiklik edilməsi üçün 2 100 rubl, xarici vətəndaşın Rusiyada müvəqqəti qalma müddətinin uzadılması üçün – 1 000 rubl və yaşayış yerində qeydiyyata alınması üçün – 500 rubl dövlət rüsumu tətbiq edilib. /report.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv