Həbsdə olan sabiq sədr mənimsədiyi pulları geri qaytaracaq – Qərar verildi

Həbsdə olan sabiq sədr mənimsədiyi pulları geri qaytaracaq – Qərar verildi






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Məhkum, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ev dustaqlığında olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sabiq sədri İsrafil Bəkirov və baş mühasib Rəşad Babayev barəsində məhkəmə yeni qərar qəbul edib.

presstvaz “Qaynarinfo”ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus 194 min manatı mənimsəməkdə ittiham edilən keçmiş məmurlarla bağlı məhkəmədə mülki iddia qaldırılıb.

İddiada göstərilir ki, keçmiş vəzifəli şəxslər tərəfindən mənimsənilən 194 692.09 manat məbləğində maddi ziyanın və tərəflərindən ödənilmiş 484.69 manat təqsirləndirilən şəxslərdən tutularaq Bakı Telefon Rabitəsi MMC-yə ödənilsin.

Məhkəmədə İsrafil Bəkirovun nümayəndəsi sabiq sədrə qarşı irəli sürülən iddianın əsassız olduğunu bildirib və bu vəsaitin mənimsənilməsinə görə Rəşad Babayevi günahlandırıb. Onun sözlərinə görə, tələb edilən bütün məbləğ Rəşad Babayev tərəfindən mənimsənilib. Bildirib ki, İsrafil Bəkirovun günahı işdə boşluqlara yol verməsi olub və buna görə məsuliyyət daşıyır: “İsrafil müəllimin törətdiyi əməl qulluq mövqeyinin əleyhinə olub və o, hazırda da cəzasını çəkir”.

Məhkəmədə İsrafil Bəkirovun nümayəndəsinin müdafiə çıxışı qəbul olunmayıb.

Məhkəmənin hökmü ilə İsrafil Bəkirov və Rəşad Babayevdən 194 692.09 manat məbləğində maddi ziyan və 484.69 manat dövlət rüsumunun əvəzi tutulacaq.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Babayev Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum olunub. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət törədilməsində təqsirli bilinərək, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs Rəşad Babayev məhkəmədə ifadəsində bildirib ki, əvvəllər rabitə sahəsində mühasib işləyib, sonra Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə düzəlib.

O, ittifaqda mühasib kimi işlədiyi vaxt “ASAN İmza” ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10.842.97 manat maaş yazmaqla, qurumun 194 min manatını mənimsəyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv