IDEA İctimai Birliyi tərəfindən Masallıda çaykənarı ərazi təmizlənib

IDEA İctimai Birliyi tərəfindən Masallıda çaykənarı ərazi təmizlənib






presstv

"Presstv"az #Audi, #IDEA İctimai Birliyi, #Masallı, #Masallı rayonu, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

IDEA İctimai Birliyinin əməkdaşları və könüllüləri tərəfindən Viləşçayın Masallı rayonu İstisu kəndi ərazisindən keçən bir hissəsində təmizlik aksiyası həyata keçirilib.

presstvaz xəbər verir ki, iməcilik iştirakçıları şəxsi sağlamlıq və təhlükəsizliyin qorunması, eləcə də fəaliyyətin daha effektiv təşkil olunması məqsədilə xüsusi geyimlər, əlcəklər və digər zəruri ləvazimatlarla təmin olunublar.

Toplanan tullantıların ümumi həcmi bir tona yaxın olub və onların böyük hissəsini birdəfəlik istifadə olunan plastik məhsullar təşkil edib ki, bu tip tullantılar torpaq və su ekosistemini ciddi şəkildə çirkləndirir.

Təşkil olunan təmizlik aksiyaları, sadəcə, tullantıların toplanması ilə məhdudlaşmır, eyni zamanda, dayanıqlılıq və ekoloji balansın qorunması baxımdan mühüm əhəmiyyət kəsb edir.

IDEA vətəndaşları bir daha yaşıl və sağlam gələcək naminə təbiətə qarşı həssas və məsuliyyətli yanaşmağa və ətraf mühitin çirklənməsi halları ilə rastlaşdıqda “1113-Təbiətə Təcili Yardım” qaynar xətti vasitəsi ilə IDEA İctimai Birliyinə məlumat verməyə çağırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv