Putin: “Türkiyə Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında xüsusi rol oynayır”

Putin: “Türkiyə Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında xüsusi rol oynayır”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Çin, #Ermənistan, #Haber Global, #Münaqişə, #Rəcəb Tayyib Ərdoğan, #Rusiya, #Şanxay, #Türkiyə, #Ukrayna, #Vladimir Putin, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putini ölkəsində görmək istədiyini bildirib.

presstvaz bu barədə “TRT Haber”ə istinadən məlumat yayıb.

R.T. Ərdoğan Çində keçirilən ŞƏT sammiti çərçivəsində V.Putinlə görüşü zamanı Putinin Türkiyəyə səfər etməsi ilə bağlı dəvətin qüvvədə olduğunu xatırladıb:

“Dəvət qüvvədədir və biz yaxın vaxtlarda sizi ölkəmizdə görməyi arzu edirik”.

Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin söyləyib ki, Türkiyə Ukrayna münaqişəsinin həllində xüsusi rol oynamağa davam edir.

Həmçinin R.T.Ərdoğan Azərbaycan və Ermənistan arasında aparılan danışıqların davamlı sülhə gətirib çıxaracağına və Qafqazda davamlı sabitliyin Türkiyə və Rusiyanın qarşılıqlı maraqlarına uyğun olacağına ümid etdiyini bildirib.

11:55

Çinin Tiencin şəhərində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

presstvaz bu barədə “Haber Global”a istinadən məlumat yayıb.

Görüş Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə toplantısı çərçivəsində keçirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv