Azərbaycanda bəzi işçi qrupların tərkibi genişləndirilib

Azərbaycanda bəzi işçi qrupların tərkibi genişləndirilib






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Azərenerji, #Böyük Qayıdış, #Əli Əsədov, #Nazirlər Kabineti, #Sərəncam, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nazirlər Kabineti “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” ölkə Prezidentinin 30 may 2025-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi barədə 18 iyun və 24 iyun 2025-ci il tarixli sərəncamlarında dəyişiklik edib.

presstvaz xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası üzrə Alt İşçi qrup”un tərkibinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyəti sədrinin müavini, Dövlət Neft Şirkətinin vitse-prezidenti, “Azərenerji” ASC-nin İdarə Heyəti sədrinin müavini və “Azərişıq” ASC-nin sədrinin müavini, “Yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini üzrə Alt İşçi qrup”a “Azərenerji”nin İH sədrinin müavini əlavə edilib, “Təhsil üzrə Alt İşçi qrup”a isə kənd təsərrüfatı nazirinin müavini daxil edilib.

Sərəncam imzalandığı gündən, yəni avqustun 28-dən qüvvəyə minib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv