Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr elan olunub

Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr elan olunub






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Hərbi Məhkəməsi, #Cəbrayıl, #Cinayət işi, #Ermənistan, #Füzuli, #Hakim, #Müharibə, #Müharibə cinayətləri, #Vəzifə, #Xankəndi şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr elan olunub.

presstvaz xəbər verir ki, o, ibtidai istintaqa ifadəsində bildirib ki, 1992-ci ilin sentyabr ayında qondarma rejimin “ordusunda” tabor komandirinin müavini vəzifəsində hərbi xidmətə başlayıb. Müxtəlif vəzifələrə təyin olunub, sonra 2007-ci ilin may ayından 2012-ci ilin noyabr ayınadək qondarma rejimin “müdafiə ordusu”nun qərargah rəisi, 2012-ci ilin noyabr ayından 2015-ci ilin iyun ayınadək isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifələrində xidmət edib. 2018-ci il dekabrın 14-dən 2019-cu ilin may-iyun ayınadək Xankəndi şəhərində “Xilasetmə idarəsinin direktoru”, 2019-cu ilin may-iyun ayından 2020-ci ilin iyun ayınadək “polis rəisi” olub. Təqaüdə göndərildikdən sonra heç bir yerdə işləməyib.

Qondarma qurumun “müdafiə ordusu”nun komandanı vəzifəsində xidmət etdiyi müddətdə “ordunun” maliyyələşməsi, silahlandırılması və sair bu kimi məsələlər Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahı tərəfindən Ermənistan Respublikasının büdcə vəsaiti hesabına həyata keçirilib.

1992-ci ilin sentyabr ayında qondarma qurumun “müdafiə ordusu”nda zabit kimi hərbi xidmətə başladığı gündən etibarən birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Füzuli, Ağdərə, Ağdam və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv