"Naxtel" telekommunikasiya xidmətlərini dayandıracaq

"Naxtel" telekommunikasiya xidmətlərini dayandıracaq






presstv

"Presstv"az #Azercell, #Bakı, #Naxçıvan Muxtar Respublikası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Naxtel" MMC telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq.

presstvaz Report-a istinadən xəbər verir ki, "Naxtel" MMC 1 dekabr 2025-ci ildən etibarən telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq. Şirkət bununla bağlı sosial şəbəkə hesablarında rəsmi açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, abunəçilər hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 1 oktyabr – 1 dekabr 2025-ci il tarixləri arasında ölkədə fəaliyyət göstərən digər mobil operatorlara – "Azercell", "Bakcell" və "Nar"a müraciət etməlidirlər.

1 dekabr 2025-ci ilədək nömrəsini digər şəbəkəyə keçirməyən abunəçilərin nömrələri ləğv ediləcək və mövcud müqavilələrə xitam veriləcək. Bununla yanaşı, həmin nömrələrdəki aktiv xidmətlər dayandırılacaq, balansda qalan istifadə olunmamış vəsaitlər isə silinəcək.

"Naxtel" MMC bildirib ki, qeyd olunan tarixədək silinmiş məbləğlərin geri qaytarılmasına və ya kompensasiyasına görə şirkət məsuliyyət daşımır.

Nömrələrin daşınması Naxçıvan Muxtar Respublikası ərazisində, eləcə də Bakı və Gəncə şəhərlərində xüsusi təyin olunmuş xidmət mərkəzlərində həyata keçiriləcək.

Ətraflı məlumatı şirkətin rəsmi internet səhifəsindən (www.naxtel.az) və 299 nömrəli Telefon Mərkəzindən əldə etmək mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv