"Bu qərar qüvvədə qalsa, ABŞ məhv olacaq"

"Bu qərar qüvvədə qalsa, ABŞ məhv olacaq"






presstv

"Presstv"az #ABŞ, #Ali Məhkəmə, #Çin, #Donald Tramp, #Hakim, #Kanada, #Kolumbiya, #Meksika, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Apellyasiya Məhkəməsinin qərarına baxmayaraq, indiyədək başqa ölkələrdən gətirilən tədarüklərə tətbiq etdiyi bütün tariflər qüvvədə qalır.

presstvaz xəbər verir ki, avqustun 29-da Kolumbiya Dairəsinin Apellyasiya Məhkəməsi Trampın hazırda qüvvədə olan bir çox tarifləri tətbiq etmək səlahiyyətinə malik olmadığı barədə qərar çıxarıb.

Bunlara aprel ayında bir sıra ölkələrə qarşı tətbiq edilən tariflər də daxildir. Vaşinqton administrasiyası bu tədbirləri cavab tədbirləri adlandırıb. Apellyasiya məhkəməsinin qərarı Trampın fevral ayında Çin, Kanada və Meksikaya qarşı tətbiq etdiyi tariflərə də aiddir. Məhkəmənin qərarına əsasən, tariflər ən azı oktyabrın 14-dək qüvvədə qalacaq. Bu möhlət Vaşinqton administrasiyasına ABŞ Ali Məhkəməsinə şikayət hazırlamaq üçün verilib.

Tramp isə Truth Social-da məhkəmə qərarına rəğmən tairflərin qüvvədə qalacağını bəyan edib: "Bütün tariflər hələ də qüvvədədir. Bu gün son dərəcə qərəzli apelyasiya məhkəməsi səhvən bizim tariflərimizin ləğv edilməsi barədə qərar çıxarıb, lakin onlar (hakimlər – red) anlayırlar ki, sonda ABŞ qalib gələcək. Tariflər nə vaxtsa ləğv olunsa, bu, ölkəmiz üçün fəlakət olacaq. Onlar bizi maliyyə cəhətdən zəiflədəcək, hansı ki, biz güclü olmalıyıq".

Tramp əmin edib ki, "Birləşmiş Ştatlar dost və ya düşmən olmasından asılı olmayaraq, digər ölkələrin böyük ticarət kəsirlərinə və ədalətsiz tarif və qeyri-tarif ticarət maneələrinə daha dözməyəcək": "Əgər bu məhkəmə qərarı qüvvədə qalsa, o, ABŞ-ı sözün əsl mənasında məhv edəcək". O qeyd edib ki, ABŞ Ali Məhkəməsində qərara etiraz edəcək. /Musavat.com


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv