Leyla və Arzu Əliyevalar təmizlik aksiyasında iştirak etdilər – Foto

Leyla və Arzu Əliyevalar təmizlik aksiyasında iştirak etdilər – Foto






presstv

"Presstv"az #Arzu Əliyeva, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #IDEA İctimai Birliyi, #Leyla Əliyeva, #Media Mərkəzi, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə sahilyanı təmizlik aksiyasında iştirak ediblər.

presstvaz xəbər verir ki, IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada yüzdən çox könüllü iştirak edib. İməcilik zamanı toplanılan beş tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda birgə səylərə cəlb etməkdir.

Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş dayanıqlı fəaliyyətlər həyata keçirir.

IDEA İctimai Birliyi vətəndaşları çimərliklərdə istirahət edərkən ətraf mühitin mühafizəsinə həssas yanaşmağa, sahilləri təmiz saxlamağa, tullantıları ətrafa atmamaqla məsuliyyətli davranış sərgiləməyə və yaranmış tullantıları ərazidə qoyub getməməyə çağırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv