Bu gün şəhidimiz Arəstə Baxışovanın doğum günüdür

Bu gün şəhidimiz Arəstə Baxışovanın doğum günüdür






Rəşad Cəfərli

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

44 günlük Vətən Müharibəsi müzəffər Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı və əbədi olaraq tarixə yazıldı. Bəli, bu Böyük Qələbə xalqımızın qəhrəmanlıq tarixində özünəməxsus böyük epopeyalar, səlnamələr və dastanlar yazmış oldu!

Bu gün İkinci Qarabağ müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın doğum günüdür.

Arəstə Baxışova  1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Arəstə Baxışovanın  2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.

Arəstə Baxışova  1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində “İngilis dili” üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı.
Arəstə Baxışova  2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı  Füzulinin, Zəngilanın və Qubadlının  azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında  dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il  tarixli Sərəncamına əsasən  Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Arəstə Baxışova  ölümündən sonra 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan“Florence Nightingale”  medalı ilə təltif edildi.

Bu gün şəhidimiz Arəstə Baxışovanın doğum günüdür

 

Şəhidlər ölməz, vətən bölünməz.

Rəşad CƏFƏRLİ.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.