Rusiya müharibəyə yığılan vergilərin bu qədər hissəsini xərcləyir

Rusiya müharibəyə yığılan vergilərin bu qədər hissəsini xərcləyir






presstv

"Presstv"az #Almaniya, #Araşdırma, #Maliyyə Nazirliyi, #Müharibə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Ukraynaya müdaxiləyə başlayandan bəri dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu ordu və silah alınmasına yönəldilib.

presstvaz xəbər verir ki, bu rəqəmlər Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutu tərəfindən Rusiya Federasiyasının "Elektron büdcə" sistemi əsasında aparılan təhlilə əsaslanır.

Araşdırmaya görə, 2025-ci ilin birinci rübündə hərbi xərclər dövlət gəlirlərinin 50,1 %-ni, ikinci rübdə isə 48,2 %-ni təşkil edib. Bu göstərici 2022-ci ildə 24,4 %, 2023-cü ildə 32,05 %, 2024-cü ildə isə 39,05 % olub.

Bundan əvvəlki maksimum göstərici 2023-cü ilin birinci rübündə qeydə alınıb: 45,4 %.

2025-ci ilin yanvar-iyun aylarında Rusiya Maliyyə Nazirliyi ümumilikdə 17,584 trilyon rubl gəlir toplayıb, lakin 21,278 trilyon rubl xərcləyib.

Bu xərclərin 39,9 %-i birbaşa müharibəyə xərclənib. Bu rəqəmlər müasir Rusiya tarixində rekord hesab olunur və artıq Sovet İttifaqının son illərindəki səviyyəni də geridə qoyur. Məsələn, 1990-cı ilin büdcəsində hərbi məqsədlərə 241,3 milyard rublun 71 milyardı, yəni 29,4 %-i ayrılmışdı.

2025-ci ilin ilk 6 ayında Kreml müdafiə xərcləri üzrə ümumilikdə 8,484 trilyon rubl xərcləyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 %, 2023-cü ilin yanvar-iyun dövrü ilə müqayisədə 95 %, müharibənin ilk ili ilə müqayisədə isə 3 qat artım deməkdir.  /report.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv