Abşeronda bir evi 5 nəfərə SATIBLAR?

Abşeronda bir evi 5 nəfərə SATIBLAR?






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Sənədsiz evlər, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeronda bir evin bir neçə şəxsə satıldığı iddia olunur.

presstvaz  xəbər verir ki, rayonun Hökməli qəsəbəsinin "At Yalı" yaşayış massivində sakinlərin ev alqı-satqısı ilə məşğul olan şəxs tərəfindən saxta sənədlərlə aldadıldığı bildirilir.

Zərərçəkmiş Hicran Heybətova deyib ki, evin qohumu Əfqan Məmmədovun adına rəsmiləşdirilməsi şərti ilə mənzil üçün pul ödəyib.

Onun sözlərinə görə, evi aldıqdan sonra içərisinə bəzi əşyalar yerləşdirib və təmir işlərinə başlayıb. Lakin sonradan həmin mənzilin həqiqi sahibi ortaya çıxaraq onları evə buraxmayıb. Məlum olub ki, Əfqan Məmmədovun adına verilən sənəd saxtadır:

"Ev axtarırdıq. Zaur İsayevə yaxınlaşdıq, "məndə ev var" dedi. Burada sənədsiz evlər çox idi. Mənə də demişdilər ki, 5-8 minə evlər var. Amma mən evi sənəd üzərində aldım. Bu sənəd də saxta çıxdı". 

İddialara görə, mənzili evlərin alqı-satqısı ilə məşğul olan Zaur İsayev adlı şəxs yalnız Əfqan Məmmədova deyil, daha dörd nəfərə də satıb.

İddialarla bağlı qarşı tərəfin, yəni Zaur İsayevin mövqeyini öyrənmək üçün onun ofisinə üz tutduqda isə o, çəkiliş aparıldığını görən kimi ərazidən uzaqlaşıb və heç bir açıqlama verməyib.

Qeyd edək ki, hazırda zərərçəkmişlərin şikayəti əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  /"Xəzər Xəbər"


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv