Azad edilmiş ərazilərdə tullantıların yığılmasını həyata keçirəcək qurumlar müəyyənləşib

Azad edilmiş ərazilərdə tullantıların yığılmasını həyata keçirəcək qurumlar müəyyənləşib






presstv

"Presstv"az #Audi, #Cəbrayıl, #Füzuli, #İlham Əliyev, #İşğaldan azad olunmuş ərazilər, #Kəlbəcər rayonunda Bərpa, #Laçın rayonu, #Quba, #Şuşa, #Şuşa şəhəri, #Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, #Tikinti və İdarəetmə Xidməti, #Xankəndi şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İşğaldan azad olunmuş ərazilərdə tullantılarla bağlı idarəetmə təkmilləşdiriləcək.

presstvaz President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Müəyyən edilib ki, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması aşağıdakı publik hüquqi şəxslər tərəfindən həyata keçiriləcək:

– Şuşa şəhəri və Şuşa rayonu üzrə – Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi;

– Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

– Ağdam, Füzuli və Xocavənd rayonları üzrə – Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

– Laçın rayonu üzrə – Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti;

– Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

– Kəlbəcər rayonu üzrə – Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.

“Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması ilə bağlı bütün əmlakı müvafiq olaraq qeyd olunan publik hüquqi şəxslərin balansına veriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv