Rusiyanın sağlam düşüncədən uzaq mövqeyi: Moskva reallıqla barışmalıdır

Rusiyanın sağlam düşüncədən uzaq mövqeyi: Moskva reallıqla barışmalıdır






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Milli Məclis, #Müharibə, #Münaqişə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son zamanlar Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan bəzi gərginliklər fonunda Rusiya tərəfinin müxtəlif müstəvilərdə Azərbaycana qarşı qərəzli və təxribat xarakterli addımlar, eləcə də bu ölkənin ərazisində ölkəmiz əleyhinə baş verən aksiyalar təəssüf doğurur. Regionda sabitlik və əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edən münasibətlərin sağlam əsaslar üzərində inkişafı Bakı üçün strateji prioritet olsa da, Moskva bunun əksini nümayiş etdirir. Təbii ki, bu münasibətlərə xələl gətirən, manipulyativ yanaşmaların sərgilənməsi, xüsusən də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyinin təhrif olunaraq təqdim edilməsi, ikitərəfli əlaqələrə xələl gətirir.

presstvaz bildirir ki, mövzu ilə bağlı Oxu.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov deyib ki, son günlər Rusiya-Azərbaycan münasibətlərində gərginliyin müəyyən mənada azalacağı proqnozlaşdırıldığı bir situasiyada bu ölkədə Azərbaycan əleyhinə aksiyalar təcrübəsinə baş vurulması Moskvanın hələ də qeydi-sağlam düşüncənin əsiri olaraq qaldığını göstərir:

“Rusiyada Azərbaycan Ukraynaya dəstək verməkdə qınanılır və bu tezis əvvəlki ənənəvi qeyri-konstruktiv yanaşmanın gücləndirilməsi amili kimi istifadə edilir”.

“Lakin kimsə, o cümlədən Rusiya tərəfi unutmamalıdır ki, biz hər hansı münaqişə tərəfini yox, beynəlxalq hüququn aliliyini dəstəkləyirik. Azərbaycan dəfələrlə dövlətlərin sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinin pozulmasının yolverilməzliyini bəyan edib və münaqişə başladığı andan da məhz bu prizmadan Ukraynaya ölkənin ərazi bütövlüyünün toxunulmaz olduğunu bəyan etmişik. Azərbaycan özü 30 il işğal və təcavüzə məruz qalmış, yalnız öz gücü hesabına beynəlxalq hüququn aliliyini təmin edən subyekt olaraq təcavüzkarlığa hər hansı formada haqq qazandıra bilməz. Bu mənada, cari mövqenin qəsdən fərqli formada təqdim edilərək Bakıya qarşı təxribatlara rəvac verilməsi başa düşülən deyil”, – deyə millət vəkili söyləyib.

O əlavə edib ki, Azərbaycan Rusiya ilə mövcud olan münasibətlərə regionun sabitliyi və inkişafı üçün mühüm amil kimi yanaşır və Moskva nəhayət bunu başa düşməlidir:

“Sirr deyil ki, siyasi və iqtisadi müstəqilliyi, o cümlədən milli iradə tərəfindən idarə olunması Azərbaycan Respublikasına bütün bu reallıqları sağlam formada dəyərləndirməyə imkan verir. Ötən dövrün təcrübəsinə əsaslansaq, Azərbaycan hər zaman beynəlxalq problemlərin həllini güclü olmaqda və eyni zamanda əməkdaşlıq və dialoq mühitinə inamında görüb. Təsadüfi deyil ki, dövlətimiz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi altı konstitusion niyyətindən biri kimi müəyyən edib.

Eyni zamanda, bizim milli maraqların Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusundan ibarət olmaqla bərabər, həm də hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərini ehtiva etməsi, başqa dövlətlərlə münasibətlərini məhz bu prinsiplər əsasında qurması, ölkəmizin başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd etməsi, beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi kimi hədəflərimizin səmimiliyə şübhə yaratmır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv