Müharibə səbəbindən Ukraynaya qayıtmaq istəməyən futbolçu “Neftçi”dən ayrılmağı niyə qəbul etdi?

Müharibə səbəbindən Ukraynaya qayıtmaq istəməyən futbolçu “Neftçi”dən ayrılmağı niyə qəbul etdi?






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Dollar, #Futbol, #Müharibə, #Neftçi, #Samir Abasov, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Andrey Ştoqrin ötən ilin yayında anlaşdığı “Neftçi” ilə yolun sonuna gəlib.

presstvaz Sportinfo.az-a istinadən xəbər verir ki, Bakılı rəsmilər Azərbaycandan ayrılmaq istəməyən ukraynalı legionerlə dil tapmaq üzrədir.

Tərəflər arasında bu yöndə danışıqlarda böyük irəliləyiş əldə olunub. Ştoqrin müəyyən təzminat qarşılığında 3 illik müqaviləyə xitam verməyə razılaşıb.

Hazırda bəzi xırda detallar qalıb ki, ona da qısa zamanda aydınlıq gəlməsi gözlənilir.

“Neftçi” mənsubları son anadək Andreyə kömək etməyə çalışıblar. Onlar Premyer Liqanın bir neçə klubunda çalışan həmkarları ilə əlaqə saxlayaraq, 29 yaşlı vingeri icarəyə vermək istədiklərini bildiriblər.

“Ağ-qaralar” bu keçidin baş tutması üçün Ştoqrinin məvacibinin bir hissəsini ödəməyə hazır olublar.

Roman Qriqorçukun sevimlisi onun gedişindən sonra əsas heyətdəki yerini itirib. Samir Abasovun etimadını doğrulda bilməyən ön xətt oyunçusu yeni mövsüm üçün sifariş olunmayıb.

Peşəkar Futbol Liqasına təqdim olunan iştirak ərizəsindən kənarda qalan Ştoqrin 17 000 dollar əməkhaqqı alır.

Onun adı, həmçinin Ukraynanın bəzi klubları ilə yanaşı hallanır. Bu siyahının başında vaxtilə formasını geyindiyi “Çernomorets” gəlir.

Fəqət, səbəbkar müharibənin davam etdiyi ölkəsinə qayıtmağı arzulamır.

Əsas da həyat yoldaşına görə. Xanımı Azərbaycanda özünü xoşbəxt sayır və ərindən burada qalmağı tələb edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv