Paşinyan: “Bakı ilə sülh o demək deyil ki, həll olunmamış məsələ qalmayıb”

Paşinyan: “Bakı ilə sülh o demək deyil ki, həll olunmamış məsələ qalmayıb”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Bakı, #Donald Tramp, #Ermənistan, #İlham Əliyev, #İrəvan, #Nikol Paşinyan, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması o demək deyil ki, tərəflərin bir-birinə hər hansı sualı yoxdur”.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə çıxışı zamanı deyib.

“Bəli, sülh bərqərar olub, lakin bu o demək deyil ki, bizim hər hansı suallarımız və həll olunmamış problemimiz yoxdur. Amma sülhü qorumaq lazımdır”, – deyə o qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzalayıblar. Bəyannamə Bakı və İrəvanın sülhə can atmasını vurğulayan yeddi maddəni özündə ehtiva edir. Bəyannamədə bildirilir ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıb, həmçinin onun yekun ratifikasiyası üçün səy göstərəcəklər. Bundan başqa, İrəvan və Bakı Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət imzalayıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv