Bermud üçbucağında gəmilər niyə müəmmalı şəkildə yoxa çıxırlar? – Britaniyalı alimdən maraqlı izah

Bermud üçbucağında gəmilər niyə müəmmalı şəkildə yoxa çıxırlar? – Britaniyalı alimdən maraqlı izah






presstv

"Presstv"az #ABŞ, #Boks, #Gəmi, #Hadisə, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Britaniyalı okeanoqraf Simon Boksoll gəmilərin müəmmalı şəkildə yoxa çıxmasını təbiət hadisəsi kimi izah edib.

presstvaz bildirir ki, bu barədə “Daily Mail” nəşri yazıb.

Qeyd olunub ki, Simon Boksoll “Bermud üçbucağının sirri” sənədli filmində bununla bağlı öz versiyasını açıqlayıb.

O hesab edir ki, Florida yarımadası, Puerto-Riko və Bermud adaları arasındakı ərazidə 20-30 m hündürlüyündə tənha kabus dalğalara adi haldan daha çox rast gəlinir. Onun sözlərinə görə, hətta nəhəng gəmi belə bu cür dalğa ilə qarşılaşdıqda iki-üç dəqiqəyə suyun dibinə gedəcək.

Misal olaraq Boksoll Birinci Dünya müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini təchiz edən “Siklop” gəmisini göstərir. 1918-ci ildə gəmi Bermud üçbucağı ərazisində iz qoymadan yoxa çıxıb. Alim hesab edir ki, onu da böyük dalğa batırıb.

Bu fərziyyəni yoxlamaq üçün Simon Boksoll və onun Sauthempton Universitetindən olan həmkarları gəminin miqyaslı modelini qurublar və onun hərəkətlərini araşdırıblar. Təcrübə göstərib ki, düz altlığı və böyük ölçüsü “Siklop”u anormal dalğalar qarşısında xüsusilə həssas edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv